Azad edilmiş ərazilərdə indiyədək neçə elektrik yarımstansiyası inşa edilib?

Baş səhifə

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə indiyədək 33 ədəd 35 kV-luq, 14
ədəd 110 kV-luq, 1 ədəd 330 kV-luq yarımstansiya inşa edilib.

Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti
haqqında hesabatında öz əksini tapıb.




Hesabata görə, 1067.7 km uzunluqda 35 kV-luq,774 km uzunluqda
110 kV-luq, 262 km uzunluqda 330 kV-luq, 74.3 km uzunluqda 0.4
kV-luq elektrik enerjisi xətləri çəkilib.

2025-ci il ərzində Xankəndi şəhərində 110/35/10 kV-luq “Xankəndi-1” YS-nin və Laçın rayonunda Laçın Elektrik Şəbəkəsi
Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir