
Bakı. Trend:
Dövlət Statistika Komitəsinin ilkin məlumatına əsasən 2026-cı il
yanvar ayının 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan
işçilərin sayı 1808,0 min nəfər, o cümlədən
iqtisadiyyatın dövlət sektorunda 865,8 min nəfər,
qeyri-dövlət sektorunda isə 942,2 min nəfər təşkil
edib.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti
haqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, müəssisə və təşkilatlarda muzdla çalışan
işçilərin 22,8 %-i məhsul istehsalı, qalanları isə
müxtəlif xidmət sahələrində fəaliyyət göstəriblər.
2025-ci il ərzində 189,4 min nəfər münasib işlə
təmin edilib, 18,4 min nəfər peşə hazırlığı
kurslarına, 16,8 min nəfər özünüməşğulluq
proqramına cəlb olunub, 10,8 min nəfərə isə
işsizlikdən sığorta ödənişi təyin olunub.
Peşə hazırlığı kursları
2025-ci il ərzində ümumilikdə 18,4 min nəfər
peşə hazırlığına cəlb olunub, peşə hazırlığını bitirənlərdən
61,4 %-i işlə təmin olunub. Peşə hazırlığına cəlb
olunan 18,4 min nəfərdən qadınların sayı
11,8 min nəfər, gənclərin sayı (14-29 yaş arası)
9,5 min nəfər, əlilliyi olan şəxslərin sayı
487 nəfər, keçmiş məcburi köçkünlərin sayı
1,4 min nəfər, cəzaçəkmə müəssisəsindən azad
olunmuş şəxslərin sayı 52 nəfər, müharibə
iştirakçılarının sayı 332 nəfər, şəhid ailəsi
üzvlərinin sayı 4 nəfər təşkil edib.
“Böyük Qayıdış” Proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi
tərəfindən vətəndaşların ərazi üzrə adaptasiyası, həmçinin ərazi
üzrə işəgötürənlərin tələblərinə uyğunluğunu artırmaq üçün 2025-ci
il ərzində məskunlaşan şəxslərdən 152 nəfər peşə
hazırlığı kursuna cəlb olunub.
Özünüməşğulluq proqramı
Hesabat dövründə özünüməşğulluq proqramına 16,8
min nəfər cəlb olunub. Onlardan 8,8 min
nəfəri kənd təsərrüfatı, 8,0 min nəfəri isə
istehsal-xidmət istiqaməti üzrə proqrama müraciət edib. Həmin
şəxslərdən 94 nəfəri şəhid ailəsi üzvü,
1,3 min nəfəri əlilliyi olan şəxs,
976 nəfəri keçmiş məcburi köçkün, 6,5
min nəfəri qadın, 2,5 min nəfəri 29
yaşadək gənc, 262 nəfəri cəzaçəkmə müəssisəsindən
azad olunmuş şəxs və 131 nəfəri ünvanlı dövlət
sosial yardımı alan şəxslər olub.
İşsizlikdən sığorta ödənişi
Hesabat dövrü ərzində 10,8 min nəfər işsiz
şəxsə işsizlikdən sığorta ödənişi təyin olunub ki, bu da 2024-cü
ilə nisbətən 1 042 nəfər çoxdur. 2025-ci ildə
işsizlikdən sığorta ödənişləri üçün 17 milyon
manat vəsait xərclənib.
2025-ci il ərzində 7,0 min nəfər şəxs haqqı
ödənilən ictimai işlərə cəlb edilib, onlardan 215
nəfəri şəhid ailəsi üzvü, 723 nəfəri əlilliyi olan
şəxs, o cümlədən 173 nəfəri müharibə ilə əlaqədar
əlilliyi müəyyən edilmiş şəxs, 696 nəfəri müharibə
veteranı, 396 nəfəri keçmiş məcburi köçkün,
2,8 min nəfəri qadın, 699 nəfəri
29 yaşadək gənclər, o cümlədən 18 nəfəri 20
yaşadək gənc, 290 nəfəri pensiya yaşına iki ildən
az qalmış şəxslər olub.

