
Bakı. Trend:
Latviya Prezidenti Edqars Rinkeçivçs bu il, təqribən yaz
aylarında Azərbaycana səfər edəcək.
Bunu Latviyanın sabiq prezidenti Raymonds Veyonis “Keçid
dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması”
mövzulu XIII Bakı Qlobal Forumu çərçivəsində Trend-ə açıqlamasında
deyib.
Onun sözlərinə görə, səfər hər hansı bir tədbirlə əlaqəli
olmayacaq.
“Latviya Prezidenti ilə yanaşı, nazirlərin də Azərbaycana
səfərləri gözlənilir”, – deyə sabiq prezident əlavə edib.
Qlobal Bakı Forumundan danışan R.Veyonis bildirib ki, tədbir
çərçivəsində müxtəlif məsələlər müzakirə olunur, çünki hazırda
dünya mürəkkəb bir dövr yaşayır.
“Gündəliyə baxsaq, çoxlu problemlərin olduğunu görmək olar,
bəzən onların həlli üçün açıq imkanlar da görünmür. Məhz buna görə
də bu məsələləri müzakirə etmək və mürəkkəb vəziyyətlərdən çıxış
yolları tapmağa çalışmaq vacibdir. Qlobal Bakı Forumu da bu prosesə
öz töhfəsini verir”, – deyə o bildirib.
“Latviya Prezidentinin Azərbaycana səfəri ilə yanaşı, nazirlərin
də səfərləri gözlənilir”, – deyə sabiq prezident əlavə edib.

