Aİ Rusiyaya qarşı sanksiyaların qüvvədə qalma müddətini uzadıb

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı Şurası Rusiyanın Ukraynaya qarşı apardığı
müharibə ilə əlaqədar bəzi şəxslər və qurumlara tətbiq edilən
sanksiyaların qüvvədə qalma müddətini uzadıb.

Trend xəbər verir ki, həmin
sanksiyalar minimum daha altı ay — 15 sentyabr 2026-cı il
tarixinədək qüvvədə olacaq.

Məhdudiyyətlər ümumilikdə təxminən 2600 fiziki və hüquqi şəxsə
şamil edilir. Bu tədbirlər çərçivəsində aktivlərin dondurulması, Aİ
ölkələrinə səfər qadağası, həmçinin sanksiya tətbiq edilən
qurumlara maliyyə və ya iqtisadi resursların təqdim olunmasının
qadağan edilməsi nəzərdə tutulur.




Məlumata əsasən, sanksiyalara yenidən baxılması zamanı iki
nəfərin adı siyahıdan çıxarılıb, lakin onların kimliyi
açıqlanmayıb.

Bundan başqa, vəfat etmiş beş nəfərin də sanksiya tətbiq olunan
şəxslər siyahısından çıxarıldığı bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir