ÜST Yaxın Şərqdə humanitar yardım üçün 2 milyon dollar ayırıb

Baş səhifə

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərqdə davam edən böhran
fonunda təxirəsalınmaz yardım fondundan Livan, İraq və Suriyaya
ümumilikdə 2 milyon dollar vəsait ayırıb.

Trend xəbər verir
ki, təşkilat münaqişə nəticəsində regionda genişmiqyaslı əhali
köçünün baş verdiyini bildirib.

Məlumata görə, təkcə Livanda 700 minə qədər insan ölkə daxilində
məcburi köçkünə çevrilib.




ÜST Livana 1 milyon dollar ayırıb. Bu vəsait fövqəladə hallarda
koordinasiyanın gücləndirilməsi, yaralıların müalicəsi,
xəstəliklərə nəzarətin artırılması, həmçinin əsas dərman və tibbi
ləvazimatların alınması və paylanmasına yönəldiləcək.

Bundan əlavə, İraq və Suriyanın hər birinə 500 min dollar
ayrılıb. Bu vəsait fövqəladə vəziyyətlərdə koordinasiyanın
dəstəklənməsi, kütləvi yaralanma hallarının idarə olunması, əsas
dərman və tibbi ləvazimatların təmin edilməsi, məcburi köçkünlərə
səhiyyə xidmətlərinin göstərilməsi, xəstəliklərə nəzarət və ictimai
maarifləndirmə tədbirlərinin gücləndirilməsi üçün istifadə
olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir