Həftəsonu 2500-ə yaxın şəxs rezidentura imtahanı verəcək

Baş səhifə

Bakı. Trend:

Həftəsonu rezidenturaya qəbul imtahanının birinci mərhələsinin
(baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) birinci cəhdi
keçiriləcək.

Trend Dövlət
İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, imtahanlar mayın
3-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

İmtahan üçün ümumilikdə 2390 şəxs qeydiyyatdan keçib. Onlardan
1858 nəfər Azərbaycan bölməsi, 532 nəfər isə rus bölməsi üzrə ərizə
verib.




Qeyd edək ki, rezidentura imtahanı ödənişlidir. İmtahan üçün
ödəniş məbləği 60 manatdır.

Xatırladaq ki, imtahan saat 10:00-da başlanır. 09:45-dən sonra
gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir