Tramp ABŞ-ni dəstəkləməyən müttəfiqləri tənqid edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ABŞ-nin uzun illər ərzində müdafiə
etdiyi bəzi dövlətlərin Vaşinqtona lazımi dəstəyi göstərməməsindən
narazılığını ifadə edib.

Trend xəbər verir ki, o, bu
barədə Ağ Evdə Kennedi Mərkəzinin İdarəçilər Şurasının iclasında
çıxışı zamanı danışıb.

Tramp bildirib ki, ABŞ-nin milyardlarla dollar xərcləyərək
təxminən 40 il ərzində qoruduğu bəzi ölkələrin eyni addımı atmağa
hazır olmayacağını düşünür. Onun sözlərinə görə, bu məsələ ilə
bağlı Nümayəndələr Palatası və Senata müraciət edərək, ABŞ-ni
müdafiə etməyən dövlətlərin niyə qorunduğunu soruşacaq.




ABŞ lideri qeyd edib ki, bu vəziyyəti hər zaman NATO-nun zəif
tərəfi kimi qiymətləndirib.

O vurğulayıb ki, müttəfiq ölkələr ABŞ-yə dəstək verməyə hazır
olmalı, zərurət yaranarsa, lazım olan hərbi texnikanı da təqdim
etməlidirlər.

Tramp əlavə edib ki, ABŞ dövlət katibi Marko Rubio yaxın
vaxtlarda Vaşinqtona yardım göstərməyə razılıq verən ölkələrin
siyahısını açıqlayacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir