Təhsil kreditindən yararlanan tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirilib

Baş səhifə

Bakı. Trend:

Ölkənin birinci bankı Kapital Bank gənclərin təhsili və peşəkar
inkişafına dəstək göstərmək istiqamətində həyata keçirdiyi
təşəbbüsləri davam etdirir. Bu məqsədlə bankla Təhsil Tələbə Kredit
Fondu arasında ötən il əməkdaşlıq memorandumu imzalanıb və
tələbələr üçün müxtəlif inkişaf və maarifləndirici tədbirlər təşkil
edilir.

Əməkdaşlığın davamı olaraq 25 fevral 2026-cı il tarixində Təhsil
Tələbə Kredit Fondunun təhsil kreditindən yararlanan tələbə və
məzunları üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda
təlim keçirilib. Təlim Kapital Bank-ın İstedadların idarə edilməsi
departamentinin İstedadların cəlbi və seçimi şöbəsinin müdiri
Nərgiz Əzimova tərəfindən aparılıb.

Təlim zamanı iştirakçılar karyera planlaması, şəxsi brendin
formalaşdırılması, əmək bazarının tələbləri və gənclərin peşəkar
inkişaf imkanları barədə ətraflı məlumat əldə ediblər. İnteraktiv
formatda keçirilən sessiyada gənclərə praktiki tövsiyələr və real
iş mühiti ilə bağlı təcrübələr də bölüşülüb.




Təlimin əsas məqsədi təhsil tələbə kreditindən yararlanan tələbə
və məzunların karyera seçimlərinə daha şüurlu yanaşmalarına,
peşəkar inkişaf istiqamətlərini müəyyənləşdirmələrinə və əmək
bazarının tələblərinə daha hazırlıqlı şəkildə daxil olmalarına
dəstək göstərmək olub.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və
Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha
ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196
Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün – https://kbl.az/prgtk,
Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir