
Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərində İranın raket və dron hücumları
nəticəsində yaralanmış insanların sayı 157 nəfərə çatıb.
Trend xəbər verir
ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi “X” hesabında
məlumat dərc olunub.
Zərərçəkənlər arasında təxminən 30-a yaxın xarici dövlətin
nümayəndələri var.
Xatırladaq ki, bundan əvvəl BƏƏ Müdafiə Nazirliyi hava
hücumundan müdafiə sistemlərinin martın 17-də 10 İran ballistik
raketini və 45 pilotsuz uçuş aparatını zərərsizləşdirdiyini bəyan
edib.

