
Bakı.Trend:
Yaxın Şərq münaqişəsinin davam etdiyi bir vaxtda İsrail Hava
Qüvvələri gecə saatlarında həyata keçirilən aviareydlərdə Tehranda
yerləşən bir sıra strateji əhəmiyyətli obyektlərə, o cümlədən İran
ordusuna hərbi qərargaha zərbələr endirib.
Trend “Times of
Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə
Qüvvələri (IDF) məlumat yayıb.
İsrail Müdafiə Qüvvələri (IDF) bildirir ki, hədəflər arasında
İslam İnqilabı Keşikçiləri Korpusunun etirazların idarə olunmasına
cavabdeh olan təhlükəsizlik bölməsinin qərargahı, daxili
təhlükəsizlik qüvvələrinin texniki xidmət mərkəzi və İranın
ballistik raket qüvvələrinin qərargahı olub.
Hərbi qurumun məlumatına görə, zərbə dalğası zamanı İranın bir
neçə hava hücumundan müdafiə sistemi də vurulub. Bu addımın məqsədi
“Hərbi Hava Qüvvələrinin İran səması üzərində hava üstünlüyünü
genişləndirmək” olub.

