Netanyahu "Mossad" rəhbərini dəyişdi

Baş səhifə

İsrail Baş naziri Benyamin Netanyahu hərbi katib, general-mayor Roman Hoffmanı “Mossad” kəşfiyyat xidmətinin direktoru təyin edib.

Modern.az xəbər verir ki, bu barədə Baş Nazirin Ofisi məlumat yayıb.

Yüksək Təyinatlar üzrə Məşvərət Komitəsi bazar günü axşamı Hoffmanın namizədliyini təsdiqləyib. Komitənin təsdiqindən sonra Netanyahu Hoffmanın Mossad kəşfiyyatının növbəti direktoru təyin edilməsi barədə sərəncam imzalayıb. Ofis qeyd edib ki, o, bu vəzifəni 2 iyun 2026-cı ildə icra edəcək.

Hoffman 1976-cı ildə Belarusda anadan olub. 1990-cı ildə valideynləri ilə birlikdə İsrailə gedib. 2022-ci ildə Milli Quru Qoşunları Təlim Mərkəzinin rəhbəri, 2024-cü ilin may ayında isə Netanyahunun hərbi katibi oldu.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir