Orban seçkidə uduzduğunu ETİRAF ETDİ

Baş səhifə

Macarıstanda keçirilən parlament seçkilərində “Tisa” Partiyasından Peter Madyar qalib olub.

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Macarıstan Milli Seçki Ofisi səslərin 45,7 faizini hesablayıb. Bununla da “Tisa” parlamentdə 199 yerdən 135-ni qazanır, Orbanın FİDES Partiyası isə 57 mandata sahib olur. Viktor Orban parlament seçkisində partiyasının uduzduğunu tərəfdarlarına açıqlayıb. O, seçkinin nəticəsinin partiya üçün ağrılı olduğunu bildirib. Orban bundan sonra müxalifətdə olacağını qeyd edib.

Orban 2010-cu ildən Macarıstanın Baş naziridir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir