Müəllimlər 5 ildən bir attestasiyadan keçirilsin – TƏKLİF

Baş səhifə

Müəllimlər 5 ildən bir attestasiyadan keçməlidir. 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən ictimai dinləməsində Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu deyib.

“Attestasiyadan keçməyən müəllimlər bura şikayətə gəlmişdilər. Biz burda millət vəkilləri olaraq insanları qəbul edir, onları dinləyirik. Lakin mən musiqiçi olaraq onlara sual verəndə görünürdü ki, attestasiya düzgün nəticələr verir”.

Komitə sədri vurğulayıb ki, son keçirilən attestasiya imtahanları ciddi nəticə verdiyindən, bu imtahanlar mütəmadi olaraq 5 ildə bir dəfə və ya 7 ildə bir dəfə keçirilməlidir.

Polad Bülbüloğlu bildirib ki, mədəniyyət sahəsində olan şəxslərdə insanlıqdan başqa istedad olmalıdır.

“Bu istedad hər insanda olmur, bu səbəbdən də bölgələrdən istedadlı uşaqlar Bakıda oxumağa göndərilməlidir”, – o qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir