
Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda icbari sığorta
növlərinin hesabına 65,476 milyon manat sığorta haqqı
toplanılıb.
Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin
eyni dövrü ilə müqayisədə 25,7 milyon manat və ya 28,2% azdır.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər isə 8,2
milyon manat və yaxud 27,4% artaraq 38,137 milyon manata çatıb.
Beləliklə, bu ilin yanvar-mart aylarında icbari sığorta
bazarında toplanmış hər 100 manat sığorta haqqının 58,2 manatı
müştərilərə geri ödənilib.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda
fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 417,753 milyon
manat məbləğində sığorta haqqı toplanıb. Məlumata görə, bu, ötən
ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 18,7 milyon
manat və ya 4,7% çoxdur.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 218,456 milyon
manat təşkil edib. Məlumata əsasən, bu, ötən ilin müvafiq dövrünün
göstəriciləri ilə müqayisədə 54,4 milyon manat və ya 33,2%
çoxdur.

