Daş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Dünya Daun Sindromu Günü ərəfəsində Daş Salnamə Muzeyində
“Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açılıb.

Trend xəbər verir
ki, tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar
Ələkbərov, Alena Əliyeva, Azərbaycanın insan hüquqları üzrə
müvəkkili (ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatları,
mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Tədbir “SOCAR Midstream Gas Operations” şirkətinin təşəbbüsü və
dəstəyi, “DADDI” sosial sahibkarlıq müəssisəsinin təşkilatçılığı,
bp, PAŞA Holdinq, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai
Birliyi, YARAT Müasir İncəsənət Mərkəzi və Daun Sindromlu Şəxslərin
Reabilitasiya Mərkəzinin tərəfdaşlığı ilə baş tutub.

Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov, SOCAR
MGO-nun icraçı direktoru Polad Rüstəmov, Paşa Holdinqin Baş icraçı
direktorun müavini Səidə Baxşıyeva, bp AGT-nin xarici əlaqələr
şöbəsinin rəhbəri Günəş Əliyeva, DADDI Sosial Sahibkarlıq
müəssisəsinin təsisçisi Məhbubə Əliyeva çıxış ediblər.

Çıxışlar zamanı daun sindromlu şəxslərin cəmiyyətə
inteqrasiyasının əhəmiyyəti, onların yaradıcılıq potensialının
dəstəklənməsinin vacibliyi və bu istiqamətdə müxtəlif qurumlar
arasında əməkdaşlığın rolu vurğulanıb.

Çıxışçılar qeyd ediblər ki, sərginin məqsədi inklüzivliyi və
sosial həmrəyliyi təşviq etmək, daun sindromlu şəxslərin
yaradıcılıq imkanlarını nümayiş etdirmək və onların potensialını
daha geniş ictimaiyyətə təqdim etməkdir.

Tədbir çərçivəsində daun sindromlu müəlliflərin rəsm
əsərlərindən ibarət satış-sərgi təşkil olunub. Satış sərgidən əldə
olunan vəsait tam şəkildə müəlliflərə təqdim edilib.

Tədbirin bədii hissəsində inklüzivlik mövzusunda məhz bu tədbir
üçün bəstələnmiş mahnı gənc ifaçı Əmrah Musayev və daun sindromlu
şəxslərin birgə ifasında təqdim olunub. Bundan başqa, daun
sindromlu iştirakçıların təqdimatında rəqs və musiqi nömrələri
nümayiş etdirilib.

Sərgidə təqdim olunan əsərlər tədbir ərəfəsində YARAT Müasir
İncəsənət Mərkəzində keçirilən iki günlük yaradıcılıq
master-klassları çərçivəsində hazırlanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir