Azərbaycanda yanvar-fevral aylarında istehsal olunan neft bitumunun həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 24,8 min ton neft
bitumu istehsal olunub.

Trend bu barədə
Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövründə qeydə
alınmış göstərici ilə müqayisədə 4,7 min ton və ya 15,9 faiz azdır.
Ötən ilin yanvar-fevral aylarında ölkədə 29,5 min ton neft bitumu
istehsal olunmuşdu.




Qeyd edək ki, cari ilin yanvar–fevral aylarında Azərbaycanda
4,343 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil
olunub.Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə 136 min ton və ya 3,03 faiz azdır.

Hesabat dövründə xam neft hasilatının ümumi həcmindən 4,332
milyon tonu əmtəəlik xam neftin payına düşüb ki, bu da əvvəlki ilin
göstəricisi ilə müqayisədə 136 min ton və ya 3% azdır.

Ümumilikdə, hasilat sənayesində istehsalın ümumi həcmi 5,2
milyard manat təşkil edib və bu, ötən ilin müvafiq dövrü ilə
müqayisədə 0,3% çoxdur

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir