
Bakı. Trend:
Said El Mala İngiltərə klublarının diqqətini cəlb edib.
Trend “Sky
Sport Deutschland”a istinadən xəbər verir ki, “Köln”ün ən yaxşı
bombardiri ilə “Çelsi” və “Nyukasl” maraqlanır. Lakin 19 yaşlı
futbolçunu transfer etmək istəyənlər arasında ən israrlı olan “Brayton”dur, klub artıq 4 təklif göndərib.
Bundan əlavə, hücumçuya Səudiyyə Ərəbistanı klubları da
iddialıdır.
“Köln” bu maraqdan faydalanaraq futbolçu üçün ən azı 40 milyon
avro qazanmağı planlaşdırır.
Qeyd edək ki, cari mövsümdə Said El Mala Bundesliqada 26 oyunda
9 qol vurub.

