
Bakı. Trend:
İtaliyanın “Milan” klubunun heyətində ciddi itki baş verib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “rossoneri”nin aparıcı
oyunçularından olan Rafael Leau sıradan çıxıb.
Portuqaliyalı vinger sağ əlinin dirsəyindən zədələnib. 26 yaşlı
futbolçu A Seriyasının bu gün “Torino” ilə keçiriləcək oyununda
iştirak etməyəcək.
Qeyd edək ki, “Milan” Rafael Leaunu 2019-cu ilin yayında “Lill”də 50 milyon avroya transfer edib. Portuqaliya millisinin
üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı
24 rəsmi matçda 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

