
Bakı. Trend:
Federal Təhqiqat Bürosu (FTB) İranla əlaqəli kiber aktorların “Telegram” vasitəsilə dünya üzrə müxalifləri və rejim əleyhdarı
qrupları hədəf aldığını açıqlayıb.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, qurumun məlumatına görə, bu qruplar “Telegram” platformasından komanda və nəzarət infrastrukturu kimi
istifadə edir və bu yolla müxtəlif hücumlar həyata keçirir.
Açıqlamada qeyd olunur ki, bu fəaliyyətlər çərçivəsində zərərli
proqram təminatları yayılır və nəticədə məlumat sızmaları, eləcə də
reputasiya zərbələri baş verir.
FTB həmçinin bildirib ki, İran kəşfiyyatı ilə əlaqəli aktorların
istifadə etdiyi üsullar və bu cür hücumlara qarşı mühafizə yolları
barədə yeni xəbərdarlıq hesabatı yayımlanıb.

