FHN bayram tonqalı ilə bağlı əhaliyə müraciət edib

Baş səhifə

Bakı. Trend:

Novruz şənliklərinin təşkili dövründə yanğın təhlükəsizliyinin
təmin edilməsi, o cümlədən tonqalların yandırılması qaydalarına
dair Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi
maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki,
bəzi vətəndaşlar tərəfindən qaydalara əməl olunmaması nəticəsində
arzuolunmaz hallar qeydə alınmaqdadır.

Trend xəbər verir
ki, bu barədə Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciətində qeyd
olunub.

Belə ki, tonqalların yandırılması zamanı oduncaq kütləsinin
həcmi və hündürlüyünün düzgün seçilməməsi, tonqalın bina və
qurğulara təhlükəli məsafədə yerləşdirilməsi, həmçinin benzin və
digər tezalışan, partlayış təhlükəli mayelərdən istifadə olunması
kimi kobud pozuntulara yol verilir ki, nəticədə insanların həyat və
sağlamlığına, əmlaka və ətraf mühitə ciddi ziyan vuran
yanğın-partlayış hadisələrinin baş verməsi qeydə alınır.




Bildiririk ki, yanğın təhlükəsizliyi qaydalarının pozulması
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun
olaraq məsuliyyət yaradır və bu hallara yol verən şəxslər barəsində
müvafiq inzibati tədbirlər görülür.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar
Nazirliyi əhaliyə növbəti dəfə müraciət edərək Novruzla bağlı
mərasimlərdə, o cümlədən bayram tonqallarının yandırılması zamanı
yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir