
Bakı.Trend:
Martın 22-də ölkə ərazisində qeydə alınan 29 cinayətin açılması
polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda
olduğuna görə ümumilikdə 13, o cümlədən borclu şəxs qismində
axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.
Narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

