Finlandiya Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu artırıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Finlandiyanın Azərbaycana birbaşa
investisiyalarının həcmi 30,364 milyon ABŞ dolları təşkil edib.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 27,7 milyon dollar və
ya 11,6 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi
həcmində Finlandiyadan reallaşan investisiyaların payı 0,5% təşkil
edib.

Azərbaycan isə öz növbəsində 2025-ci il ərzində Finlandiya
iqtisadiyyatına 11,482 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlki
ildəki göstərici ilə müqayisədə 7,6 milyon dollar və ya 3 dəfə
çoxdur.




Birbaşa xarici investisiyaların ümumi həcmində Azərbaycandan
Finlandiyaya yatırılan investisiyaların xüsusi çəkisi 0,5% təşkil
edib.

2024-cü il ərzində Finlandiyadan Azərbaycana birbaşa
investisiyaların ümumi həcmi 2,620 milyon dollar, əks istiqamətdə
isə 3,860 milyon dollara bərabər olmuşdu.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa
xarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Bu
isə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları və
ya 6,4% azalma deməkdir.

Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xarici
iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə
2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici
ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir