Araqçı Azərbayacana təşəkkür etdi

Baş səhifə

İranın xarici işlər naziri region ölkələrinə təşəkkür edib.

Modern.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçı iranlı vətəndaşların təxliyəsinə göstərilən dəstəyə görə bir sıra dövlətlərə minnətdarlığını ifadə edib.

Nazir açıqlamasında xüsusilə Azərbaycan, Türkiyə, Türkmənistan, Ermənistan və Əfqanıstan hökumətlərinin rolunu vurğulayıb. Onun sözlərinə görə, bu ölkələr logistika məsələlərində mühüm əməkdaşlıq göstərərək prosesin həyata keçirilməsinə ciddi töhfə veriblər.

Araqçı qeyd edib ki, region dövlətlərinin koordinasiyalı fəaliyyəti sayəsində İran vətəndaşlarının təhlükəsiz şəkildə daşınması mümkün olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir