Azərbaycandan Tunisə ixrac olunan neftin həcmi məlum olub

Baş səhifə

Bakı. Trend:

Yanvar-fevral aylarında Azərbaycandan Tunisə 29,5 milyon ABŞ
dolları dəyərində 61,3 min ton bitumlu süxurlardan əldə olunan xam
neft və neft məhsulları ixrac edilib.

Bu barədə Trend
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə istinadən xəbər
verir.

Ötən ilin yanvar-fevral aylarında Azərbaycandan Tunisə neft
ixracına dair məlumatlar açıqlanmayıb.




Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici
ölkələrlə 6,264 milyard dollar dəyərində ticarət əməliyyatları
aparıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 2,64 milyard
dollar və ya 29,6% azdır.

Ümumi xarici ticarət həcminin 3,665 milyard dolları ixracın,
2,599 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac
1,102 milyard dollar və ya 23%, idxal isə 1,539 milyon dollar və ya
37,2% azalıb.

Bu, ötən illə müqayisədə 52,4 milyon dollar və ya 5,3% azalaraq
933,6 milyon dollar müsbət saldo ilə nəticələnib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir