
Bakı. Trend:
Cənubi Koreyada yerli istehsal olan ilk qırıcısı – KF-21 qırıcı
reaktiv döyüş təyyarəsinin ilk nümunəsi təqdim olunub.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Koreyanın ilk qırıcısı KF seriyasındandır, həmçinin “Boramae”
(koreya dilindən tərcümədə “şahin”) adı ilə tanınır. İki yerlik
təyyarədir və Seulun cənub-şərqində yerləşən Saçhon şəhərində
“Korea Aerospace Industries” şirkətinin qərargahında keçirilən
mərasimdə təqdim olunub.
Prezident Li Çje Men bildirib ki, bu qırıcı Cənubi Koreyanın
suveren inkişaf və özünümüdafiə vasitələrinin yaradılmasına can
atmasının rəmzidir və ölkəni müdafiə sənayesi sahəsində dünyanın
aparıcı dörd dövləti sırasına çıxarmaq niyyətini vurğulayıb.

