Azərbaycandan İndoneziyaya ixrac olunan neftin həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Yanvar-fevral aylarında Azərbaycandan İndoneziyaya bitumlu
süxurlardan əldə edilən 17,9 milyon ABŞ dolları dəyərində 38,6 min
ton xam neft və neft məhsulları ixrac olunub.

Bu barədə Trend
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə istinadən
məlumat verir.

Ötən ilin yanvar-fevral aylarında Azərbaycandan İndoneziyaya
neft ixracına dair məlumatlar dərc olunmayıb.




Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici
ölkələrlə 6,264 milyard dollar dəyərində ticarət əməliyyatları
aparıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 2,64 milyard
dollar və ya 29,6% azdır.

Ümumi xarici ticarət həcminin 3,665 milyard dolları ixracın,
2,599 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac
1,102 milyard dollar və ya 23%, idxal isə 1,539 milyon dollar və ya
37,2% azalıb.

Bu, ötən illə müqayisədə 52,4 milyon dollar və ya 5,3% azalaraq
933,6 milyon dollar müsbət saldo ilə nəticələnib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir