
Bakı. Trend:
Çexiyanın paytaxtı Praqadakı Rus Evi binası naməlum şəxslər
tərəfindən “Molotov kokteylləri” ilə hücuma məruz qalıb.
Trend xəbər verir
ki, hadisə barədə mərkəzin rəhbəri İqor Girenko məlumat verib. O
bildirib ki, 26 mart gecəsi binaya 6 ədəd yandırıcı maye olan şüşə
atılıb, lakin xoşbəxtlikdən 3-ü partlamayıb.
Rusiya səfirliyi bu hücumu “aqressiya aktı” kimi
qiymətləndirib.

