
Bakı. Trend:
NATO üzvü olan bütün ölkələr 2025-ci ilin yekunlarına görə
müdafiə xərclərini artıraraq ÜDM-in minimum 2%-i hədəfinə
çatıb.
Trend-in
məlumatına görə, bu barədə alyansın baş katibi Mark Rutte
tərəfindən martın 26-da yayımlanan illik hesabatda bildirilir.
Hesabata əsasən, 2025-ci ildə 2%-lik minimum göstəriciyə son
olaraq İspaniya, Portuqaliya, Albaniya, Belçika və Kanada nail
olub.
Nisbi göstəricilərə görə isə NATO ölkələri arasında müdafiəyə ən
çox vəsait ayıran Polşa olub — ÜDM-in 4,3%-i.
Ümumilikdə, alyans ölkələrinin müdafiə xərcləri 1,4 trilyon
dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6% çoxdur.

