Hərbçilərə maaşdan əlavə hansı ödənişlər verilir? – Siyahı

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda hərbi qulluqçulara aylıq maaşlardan əlavə müxtəlif
pul təminatı növləri verilir.

Trend-in
məlumatına görə, bu əlavələr 1992-ci il yanvarın 1-də müəyyən
edilmiş faiz miqdarı normaları məbləğində hesablanır.




Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi
qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də
olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik
verilən aşağıdakı pul təminatı növləri təsdiq edilib:

  • zabit vəzifəli heyətə, gizirlərə, miçmanlara və müddətindən
    artıq xidməti hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən
    faiz əlavəsi;
  • bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə
    görə üstəlik əlavə;
  • elmi ad və elmi dərəcə üçün faiz əlavəsi;
  • kursant vəzifəsi üçün əlavə;
  • paraşütlə tullanmaq üçün pul mükafatı;
  • dalğıc işləri üçün pul mükafatı;
  • hərbi gəmilərdə, gəmilərdə və gəmi birləşmələri idarələrində
    uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul
    mükafatı;
  • hava-desant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlik
    verilən pul mükafatı;
  • hərbi təhsil müəssisələrini bitirən məzunlara birdəfəlik
    verilən pul mükafatı;
  • dənizçilər üçün pul təminatı;
  • döyüş növbətçiliyində olanlar üçün pul mükafatı;
  • qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz
    əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı;
  • müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə
    verilən pul təminatı;
  • şifrləmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən
    pul əlavəsi;
  • xarici dilləri bildiyi üçün üstəlik verilən pul əlavəsi;
  • gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi
    qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul
    müavinəti;
  • hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım;
  • Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim
    şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi;
  • hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma
    müavinətləri;
  • xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri;
  • gündəlik və mənzildə yaşamaq xərcləri;
  • səhrada (çöldə) xidmətetmə pulu;
  • ev kirayəetmə pulu.

Qeyd edək ki, Azərbaycan Ordusunda və başqa silahlı
birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi
qulluqçuların pul təminatı onların vəzifə maaşları və yuxarıda
nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla həmin qurumların
rəhbərləri tərəfindən müəyyən edilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir