
Bakı. Trend:
Lamin Yamal La Liqada “Barselona – “Selta” oyununun ilk
hissəsinin sonlarında zədələnib.
Trend xəbər verir ki,
Kataloniya klubunun vingeri penalti qazandırıb və 40-cı dəqiqədə
özü onu dəqiq yerinə yetirib – 1:0.
Bundan dərhal sonra 18 yaşlı futbolçu əvəzlənməyə ehtiyacı
olduğunu göstərib və meydançaya uzanıb. Onun penaltini vurarkən və
ya zərbədən dərhal sonra bud əzələsini zədələdiyi ehtimal
olunur.
Həkim heyəti ilə qısa söhbətdən sonra Yamal paltardəyişmə
otağına yollanıb. Onun əvəzinə Runi Bardci meydana daxil olub.
Qeyd etmək lazımdır ki, eyni vaxtda tribunada azarkeşlərdən
birinin səhhətində də problem yaranıb. Buna görə oyun dərhal bərpa
edilməyib və fasilə təxminən 10 dəqiqədən çox davam edib.

