
Bakı. Trend:
2025-ci ildə Belarusun Azərbaycana birbaşa investisiyalarının
həcmi 7,922 milyon ABŞ dolları təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən
verdiyi məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 5,618
milyon dollar və ya 3,4 dəfə artıb.
Məlumatlara əsasən, hesabat ilində Belarusdan Azərbaycana
yatırılan investisiyaların ümumi birbaşa xarici investisiyalardakı
payı 0,1% olub.
2024-cü ildə Belarusdan Azərbaycana birbaşa investisiyaların
ümumi həcmi 2,304 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycana birbaşa xarici
investisiyaların həcmi 6,595 milyard ABŞ dollarını ötüb. Bu,
2024-cü illə müqayisədə 450,9 milyon dollar və ya 6,4% azdır.
Eyni zamanda, hesabat dövründə Azərbaycanın xarici iqtisadiyyata
yönəltdiyi birbaşa xarici investisiyaların həcmi 2,528 milyard ABŞ
dolları olub ki, bu da 2024-cü illə müqayisədə 765,4 milyon dollar
və ya 43,4% çoxdur.

