Almaniyada dizel yanacağının bahalaşması nəqliyyat şirkətlərinin xərclərini artırıb

Baş səhifə

Bakı. Trend:

İran ətrafında yaranmış gərginlik fonunda Almaniyada dizel
yanacağının bahalaşması nəqliyyat şirkətlərinin xərclərini
artırıb.

Trend xəbər verir ki, bu
barədə Almaniyanın Avtomobil Yük Daşımaları, Loqistika və
Tullantıların Utilizasiyası üzrə Federal Assosiasiyasının rəhbəri
Dirk Engelhardt açıqlama verib.




Onun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı əməliyyatının
başlanmasından sonra ölkədə dizelin qiyməti hər litr üçün təxminən
40 avrosent yüksəlib. Engelhardt qeyd edib ki, ayda 10 min kilometr
yol qət edən bir yük maşını üçün əlavə xərclər təxminən 1,2 min
avro, 50 nəqliyyat vasitəsi olan şirkət üçün isə 700 min avrodan
artıq ola bilər.

O vurğulayıb ki, bu artım gec-tez istehlak qiymətlərinə də təsir
göstərəcək. Ekspert Almaniya hökumətini şirkətləri dəstəkləmək və
tədarük zəncirlərinin qorunması üçün təxirəsalınmaz tədbirlər
görməyə çağırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir