Bəhreyndə həyəcan siqnalları səsləndi – Əhaliyə çağırış edildi

Baş səhifə

Bakı. Trend:

Bu gün səhər saatlarından etibarən Bəhreyndə üç dəfə həyəcan
siqnalı səslənib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Bəhreyn Daxili İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabındakı açıqlamada ölkə sakinlərindən sakit
qalmaları, ən yaxın təhlükəsiz yerə yönəlmələri, həmçinin
hadisələrin gedişatını rəsmi kanallar vasitəsilə izləmələri
istənilib.




Bəhreyn Müdafiə Qüvvələri Baş Komandanlığının daha əvvəl yaydığı
yazılı açıqlamada isə bildirilib ki, fevralın 28-dən etibarən
ölkəyə yönələn 174 raket və 391 pilotsuz uçuş aparatı müdafiə
sistemləri tərəfindən zərərsizləşdirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir