
Bakı. Trend:
“Anatoliy Kolodkin” tankeri 100 min ton humanitar neft yükü ilə
Kubaya çatıb.
Trend xəbər veir
ki, bu barədə Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi
bildirir.
Məlumata görə, ABŞ Sahil Mühafizəsi gəminin hərəkətinə mane
olmayıb.
Daha öncə ABŞ prezidenti Donald Trump jurnalistlərə
açıqlamasında bildirib ki, Kubaya, o cümlədən Rusiyadan humanitar
neft tədarüklərinə etiraz etmir.

