“Fənərbaxça”nın qapıçısı Xorvatiyada qalacaq

Baş səhifə

Bakı. Trend:

“Dinamo” “Fənərbaxça”dan icarəyə götürdüyü Dominik Livakoviçlə
bağlı qərar verib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Xorvatiya klubu 31 yaşlı qapıçının
transfer hüquqlarına yiyələnmək istəyir.




Klub təcrübəli qokiper üçün 1 milyon avro təklif edəcək.
İstanbul nəhənginin bu təklifi dəyərləndirməyə hazır olduğu
bildirilir.

Qeyd edək ki,”Dinamo” Dominik Livakoviçi qış fasiləsində icarəyə
götürüb. Xorvatiya millisinin üzvü Zaqreb təmsilçisinin heyətində
keçirdiyi 10 oyunda qapısında 12 qol görüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir