
Bakı. Trend:
Livanın cənubunda, İsrail sərhədinə yaxın ərazidə baş verən
naməlum bir insident zamanı Birləşmiş Millətlər Təşkilatının (BMT)
Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlıları xəsarət
alıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hadisə Bani Hayyan yaxınlığında baş verib.
Nəticədə bir neçə sülhməramlı yaralanıb.

