
Bakı. Trend:
“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, komandanı Roberto De Zerbi
çalışdıracaq. İtaliyalı mütəxəssislə 5 illik müqavilənin
imzalanacağı gözlənilir.
De Zerbinin maaşı mövsümdə 13,8 milyon avroya çatacaq. Bununla
da o, Premyer Liqada yalnız Xosep Qvardiola və Mikel Artetadan geri
qalacaq.
Xatırladaq ki, De Zerbi fevralın əvvəlində Fransanın “Marsel”dən
istefaya göndərilib.
Qeyd edək ki, “Tottenhem” İngiltərə Premyer Liqasında uğursuz
mövsüm keçirir. Komanda 31 turdan sonra 30 xalla turnir cədvəlinin
17-ci pilləsində qərarlaşıb. London klubu 18-ci yerdə olan “Vest
Hem”i cəmi 1 xal qabaqlayır.

