Hindistan vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edib

Baş səhifə

Bakı. Trend:

Hindistan İranda olan vətəndaşlarının təhlükəsiz təxliyəsi ilə
bağlı Azərbaycana təşəkkür edib.

Trend xəbər
verir ki, bu barədə Hindistanın Azərbaycandakı səfirliyinin “X”
sosial şəbəkə chesabında paylaşım edilib.

“İrandan Hindistan vətəndaşlarının təhlükəsiz tranzitini təmin
etdiklərinə görə Azərbaycan hakimiyyətinə səmimi minnətdarlığımızı
bildiririk”, – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, 28 fevral 8.00-dan – 30 mart saat 10:00-dək 196
Hindistan vətəndaşı İrandan Azərbaycana təxliyə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir