
Bakı. Trend:
İsrailin Hayfa şəhərində və ətraf yaşayış məntəqələrində həyəcan
siqnalları səslənib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, xəbərdarlıq Livan ərazisindən “Hizbullah”
tərəfindən həyata keçirilən raket hücumu ilə bağlı verilib.
Hazırda hücumun nəticələri ilə bağlı əlavə məlumat
açıqlanmayıb.

