İsraildə terrorçular edam ediləcək

Baş səhifə

İsrail parlamenti terrorçulara ölüm hökmü tətbiq etməyə icazə verən qanun qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə “Kan” televiziyası məlumat yayıb.

Bildirilib ki, təqsirləndirilən şəxslər asılmaqla edam ediləcək və cəza dinindən asılı olmayaraq bütün radikallara şamil ediləcək.

Ölümə məhkum edilənlər ayrı bir həbsxanada saxlanılacaq və hətta vəkilləri ilə görüşləri də video bağlantı vasitəsilə həyata keçiriləcək. Hökm çıxarıldığı gündən 90 gün ərzində icra edilməlidir.

Qərar Almaniya, Fransa, İtaliya və Böyük Britaniya tərəfindən tənqid olunub və bunun açıq-aşkar ayrıseçkilik olduğu bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir