Qırğızıstanın İrandakı səfirliyi fəaliyyətini dayandırdı

Baş səhifə

Qırğızıstanın İrandakı səfirliyi fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Qırğızıstan Respublikası Xarici İşlər Nazirliyi bildirir ki, Qırğızıstan Respublikasının İran İslam Respublikasındakı səfirliyi fəaliyyətini müvəqqəti olaraq dayandırıb”, – məlumatda deyilir.

Xarici İşlər Nazirliyi İrandakı Qırğızıstan vətəndaşlarını daha çox sayıq olmağa, şəxsi təhlükəsizlik tədbirlərinə ciddi şəkildə əməl etməyə, izdihamlı yerlərdən və potensial təhlükəli ərazilərdən çəkinməyə və yerli hakimiyyət orqanlarının təlimatlarına ciddi şəkildə əməl etməyə çağırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir