Səudiyyə Ərəbistanına dron və raket hücumu – Yaralılar var

Baş səhifə

Bakı. Trend:

Səudiyyə Ərəbistanının mərkəzi bölgəsində yerləşən Əl-Xərc
şəhərində hava hücumlarından müdafiə sistemlərinin
zərərsizləşdirdiyi pilotsuz uçuş aparatının (PUA) qalıqlarının yerə
düşməsi nəticəsində azı 2 nəfər xəsarət alıb, altı evə ziyan
dəyib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

“Əl-Hərcada PUA qalıqlarının yerə düşməsi nəticəsində iki nəfər
yüngül xəsarətlər alıb”,-deyə Səudiyyə Ərəbistanının Mülki Müdafiə
Xidmətinin bəyanatında bildirilir.




Səudiyyə Ərəbistanı gün ərzində İrandan buraxılan 8 ballistik
raketi zərərsizləşdirib, onlardan üçünün paytaxt Ər-Riyad
istiqamətində irəliləyib.

Ölkənin müdafiə nazirliyinin məlumatına görə, bundan başqa ötən
saatlar ərzində ölkənin hava məkanını pozan 10 pilotsuz uçuş
aparatı aşkarlanaraq məhv edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir