
Bakı. Trend:
İran hakimiyyəti müdriklik nümayiş etdirərsə, razılaşma əldə
oluna bilər.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə naziri Pit
Heqset Pentaqonda keçirilən brifinq zamanı bildirib
“Artıq rejim dəyişikliyi baş verdiyi üçün – yeni rejim
əvvəlkindən daha müdrik olmalıdır. Prezident Donald Trump
razılaşmaya nail olacaq. O buna hazırdır və razılaşmanın şərtləri
onlara məlumdur”, – deyə Pentaqon rəhbəri qeyd edib.
Heqset xəbərdarlıq edib ki, əgər İran razılaşma bağlamaq
istəməsə, ABŞ daha intensiv hücumlara keçəcək.
“Son 24 saat ərzində İran tərəfindən buraxılan düşmən raketləri
və dronlarının sayı ən aşağı səviyyədə olub”,- deyə o bildirib.
Brifqində Pentaqon rəhbəri eyni zamanda İrana qarşı aparılan
əməliyyatın gedişini izləmək məqsədilə şənbə günü Yaxın Şərqdə
yerləşən hərbi qüvvələrə baş çəkdiyini diqqətə çatdırıb.
ABŞ prezidenti Donald Trump öncəki bəyanatına qüvvət verən
Heqset vurğulayıb ki, ABŞ və İsrailin rəhbərliyi hədəf alan
zərbələri nəticəsində İranda rejim dəyişikliyi faktiki olaraq başa
çatıb.

