
Bakı.Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) proqnozlaşdırır ki, Vaşinqton
mövcud büdcə siyasətini davam etdirəcəyi təqdirdə ABŞ-nin dövlət
borcu 2031-ci ildə ÜDM-in 142,1%-nə çatacaq.
Trend bu barədə
BVF-nin Vaşinqtonda təqdim olunan növbəti “Büdcə bülleteni”nə
istinadən xəbər verir.
Fondun analitiklərinin hesablamalarına görə, cari ildə ABŞ-nin
dövlət borcu ÜDM-in 125,8%-ni təşkil edəcək. 2027-ci ildə bu
göstərici 128,6%-ə, 2028-ci ildə 132,1%-ə, 2029-cu ildə 135,5%-ə,
2030-cu ildə isə 138,9%-ə yüksələcək.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ-nin dövlət borcunun 39
trilyon ABŞ dollarını ötdüyü elan olunmuşdu.

