
Bakı.Trend:
Bayram günlərində ölkə ərazisində baş verən qəzaların
səbəblərini açıqlanıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzindən Trend-ə verilən məlumata əsasən, bayram günlərində
yağışlı hava şəraitində paytaxt yollarında qəzaların baş verməsinə
səbəb sürət həddinin düzgün seçilməməsi, ara məsafəsinin hava və
yol şəraitinə uyğun saxlanılmaması, manevretmə qaydalarının
pozulması olub.
“Sürücülər bilməlidirlər ki, qaydalara səthi yanaşdıqda nəticəsi
bu videodakı kimi ola bilər.
Maddi zərər, yollarda itirilən vaxt və yaranan nəqliyyat
sıxlığı. Bəzi sürücülərin qaydalara əməl etməməsi nəticəsində elə
onların özləri belə vəziyyətlə qarşılaşırlar. Bayram günlərində
yağışlı havalarda qeydə alınan bu hadisələrin də baş vermə
səbəbləri eynidir”,- NİİM-dən bildirilib.

