“Starlink” peyki kosmosda müəmmalı şəkildə parçalanıb

Baş səhifə

Bakı. Trend:

“Starlink” peyk internet əlaqəsi sistemi orbitdə baş verən
“anomaliya” nəticəsində öz peyklərindən biri ilə əlaqəni
itirib.

Trend xəbər
verir ki, bu barədə “Starlink” şirkətinin “X” sosial şəbəkəsində
yayımlanan məlumatında bildirilir.




Məlumata görə, martın 29-da qeydə alınan insident zamanı, Yerdən
560 kilometr aralıda mövqe tutan peyklə əlaqə kəsilib. Bildirilir
ki, aparılan təhlildən sonra təfərrüatları açıqlanmayan
anomaliyanın Beynəlxalq Kosmik Stansiya, onun heyəti və ya NASA-nın
“Artemida-2” missiyasının planlaşdırılan uçuşu üçün yeni təhlükə
yaratmadığı müəyyən edilib.

“Starlink”də bildiriblər ki, peyk və aşkar edilmiş qalıqların
müşahidəsi davam edir. Həmçinin qeyd olunur ki, “SpaceX” və “Starlink” komandaları ilkin səbəbi müəyyən etmək üçün fəal şəkildə
çalışır və zəruri düzəlişlər operativ şəkildə həyata keçirəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir