Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

Baş səhifə

Saatlı rayonunda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün yeni mənzillərin verilməsi planlaşdırılır.

Modern.az xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi hazırlıq işlərinə başlayıb.

Layihə çərçivəsində 18 ədəd üçotaqlı və 27 ədəd ikiotaqlı olmaqla ümumilikdə 45 mənzilin təqdim edilməsi nəzərdə tutulur.

Mənzillərin alqı-satqısı üçün təxminən dörd milyon manata yaxın vəsaitin sərf olunacağı proqnozlaşdırılır.

(İqtisadiyyat)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir