
Bakı. Trend:
Roma Papası XIV Leo ABŞ Prezidenti Donald Trampdan İrandakı
hərbi əməliyyatlara son qoymasını xahiş edib.
Trend xəbər verir
ki, bu barədə onun sözlərini “Messaggero” qəzeti sitat gətirib.
Papa bildirib ki, Amerika lideri ilə danışaraq müharibəyə son
qoyulmasını istədiyini və bunun Pasxa bayramından əvvəl baş
verəcəyinə ümid etdiyini ifadə edib.
O, həmçinin Trampın münaqişəyə son qoymaq istədiyi barədə
məlumatlı olduğunu vurğulayıb.
XIV Leo qeyd edib: “Ola bilsin ki, Pasxa bayramında atəşkəs elan
olunsun, amma artıq əlamətlər var. Ümid edək ki, bəlkə də müharibə
Pasxadan əvvəl bitəcək. Ümid edirik ki, o, Yaxın Şərqdə və digər
yerlərdə daim artan nifrətin aradan qaldırılmasına, zorakılığı və
bombardmanı azaltmaq üçün bir həll yolu və yol axtarmağa
əhəmiyyətli dərəcədə töhfə verəcək”.

