
Bakı. Trend:
Rusiya tərəfi İrana humanitar yardımın çatdırılmasına göstərilən
dəstəyə görə Azərbaycan hakimiyyətinə minnətdardır.
Trend xəbər verir
ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi
Mariya Zaxarova brifinqdə bildirib.
O xatırladıb ki, dərman vasitələrinin ikinci iri partiyasının
təhvil verilməsi martın 27-də İran–Azərbaycan sərhədində yerləşən
Astarada baş tutub.
“Astaraya dəmir yolu ilə 300 tondan çox dərman preparatı
çatdırılıb. Elə həmin gün həmçinin Dağıstan Respublikasının
topladığı təxminən 150 tona yaxın humanitar yardım yük maşınları
karvanı ilə Astaraya gətirilib.
Göstərilən dəstəyə görə Azərbaycan hakimiyyətinə minnətdarıq”, –
deyə Zaxarova qeyd edib.
Xəbər yenilənəcək

