
Bakı. Trend:
Konqo Demokratik Respublikasında (KDR) laboratoriyada
təsdiqlənmiş “Ebola” virusuna yoluxma hallarının sayı 676-ya
çatıb.
Bu barədə Konqo Rabitə və Media İşləri Nazirliyi gündəlik
bülletenində məlumat verib.
Hazırkı epidemiya zamanı “Ebola”dan ölənlərin sayı 136-ya çatıb.
Bundan əvvəl 635 yoluxma və 127 ölüm halı qeydə alınıb.
Qeyd edək ki, Konqo Demokratik Respublikasında həkimlər və tibb
işçiləri bu gün “Ebola” epidemiyası zonaları da daxil olmaqla, ölkə
miqyasında qeyri-müəyyən tətil elan ediblər. Onlar daha yüksək əmək
haqqı, iş şəraitinin yaxşılaşdırılması və “Ebola” xəstələri ilə
işləmək üçün əlavə ödənişlər tələb edirlər.

